Dmitri Peskov

Dmitri Sergeyeviç Peskov (17 oktyabr 1967, Moskva, SSRİ) — Rusiyanın dövlət xadimi. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir (2005). Rusiya Federasiyası Hökuməti sədrinin mətbuat katibi (2008-2012). Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search